Naxçıvanda yanğın-taktiki təlim keçirilib
Naxçıvan Muxtar Respublikasında yanğın-taktiki təlim keçirilib.
Sizinxeber.az-nın Naxçıvan bürosu xəbər verir ki, meşə yanğınlarının qarşısının alınması, yanğınla mübarizə üsullarının təkmilləşdirilməsi və bu sahədə koordinasiyanın gücləndirilməsi məqsədilə Uzunoba Dövlət Meşəsində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə İdarəsinin Babək rayon və Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissələrinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə “Meşələrdə və meşə massivlərində yanğınların söndürülməsi” mövzusunda təlim keçirilib.
Təlim zamanı dağlıq və çətin relyefə malik ərazilərdə baş verə biləcək meşə yanğınlarının söndürülməsində istifadə olunan zəruri texnika, avadanlıq və ləvazimatlardan istifadə qaydaları izah olunub və qüvvə və texnikaların dərhal yanğın baş vermiş əraziyə cəlb olunması, yanğının söndürülməsi, geniş ərazilərə yayılmasının qarşısının alınması və yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilib.
Uğurla keçən təlimin sonunda əldə edilən nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.
Oxşar xəbərlər
Naxçıvanda 1,5 hektar taxıl sahəsi yanıb - VİDEO
Naxçıvanda ot bağlaması və avtomobilin yük hissəsi yanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
