Heydər Əliyev Fondu tərəfindən Ağstafanın Zəlimxan kəndində yeni məktəb binası inşa edilib - FOTO
sizinxeber.az xəbər saytı

Heydər Əliyev Fondu tərəfindən Ağstafanın Zəlimxan kəndində yeni məktəb binası inşa edilib - FOTO


Yeni tədris ilində Heydər Əliyev Fondunun dəstəyi ilə bir sıra yeni inşa olunmuş məktəblər istifadəyə verilib.
Fonddan APA-ya verilən xəbərə görə, bu məktəblər sırasında Ağstafa rayonu Zəlimxan kənd A.Asimoğlu adına tam orta məktəbin binası da var.

Heydər Əliyev Fondunun nümayəndəsi Cəmil Əliyev, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Aslan Hacıyev çıxış edərək, ölkəmizdə təhsil sahəsinə göstərilən dövlət qayğısından söz açılıb. Həmçinin Heydər Əliyev Fondunun Azərbaycan təhsilinin inkişafında oynadığı roldan danışılıb, bu istiqamətdə həyata keçirilən önəmli layihələrdən bəhs edilib. Diqqətə çatdırılıb ki, “Yeniləşən Azərbaycana yeni məktəb”, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” bu layihələr sırasındadır.

Bildirilib ki, Zəlimxan kənd A.Asimoğlu adına tam orta məktəbin binasının birinci korpusu 1930-cu ildə, ikinci korpusu isə 1988-ci ildə inşa olunub. Ötən müddət ərzində bina köhnəldiyindən istifadəyə yararsız vəziyyətə düşmüşdü. Heydər Əliyev Fondu tərəfindən məktəb üçün 220 şagird yerlik yeni bina inşa edilib.

Burada 12 sinif otağı, fizika və kimya laboratoriyaları, informatika, hərbi təlim, tibb, əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt və idman zalları, açıq idman meydançası var.

Məktəb zəruri mebel və avadanlıqla, fənn kabinetləri və laboratoriyalar isə əyani vəsaitlərlə tam təchiz edilib.

Məktəbin həyətyanı ərazisində də abadlıq və yaşıllaşdırma işləri aparılıb.

Oxşar xəbərlər

Şamaxının Bağırlı kəndində Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib
Kahramanmaraşda Heydər Əliyev adına məktəbin açılışı olub - FOTO
Bərdə, Quba və Ucarda məktəb açılışı olub
Bu gün 132 mindən çox uşaq birinci sinfə gedəcək
BŞTİ-nin tabeliyindəki məktəblər üzrə 513 mindən artıq şagird təhsil alacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər