Aşura günü toplanan qan nümunələri müayinədən keçirilib, yararlıları qan ehtiyatına daxil edilib
sizinxeber.az xəbər saytı

Aşura günü toplanan qan nümunələri müayinədən keçirilib, yararlıları qan ehtiyatına daxil edilib


Aşura günü münasibətilə keçirilən qanvermə aksiyaları çərçivəsində toplanmış bütün qan nümunələri Səhiyyə Nazirliyi Respublika Qan Bankının Klinik-Diaqnostik Laboratoriyasında milli və beynəlxalq standartlara uyğun olaraq müasir laborator üsullarla müayinədən keçirilib.

Səhiyyə Nazirliyi Respublika Qan Bankından Sizinxeber.az-nın sorğusuna cavab olaraq bildirilib ki, laborator müayinələrinin nəticələrinə əsasən, transmissiv infeksiyalar və digər müəyyən edilmiş göstəricilər üzrə mənfi (neqativ) nəticə əldə olunan qan və qan komponentləri tədarük edilərək qan ehtiyatlarına daxil edilib və klinik istifadəyə yararlı hesab olunub.

Qeyd olunub ki, müayinələr zamanı təhlükəsizlik meyarlarına cavab verməyən nümunələr isə qüvvədə olan tibbi norma və prosedurlara uyğun olaraq dövriyyədən çıxarılıb və utilizasiya edilib.

"Qan donorunun və qan resipiyentinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə hər bir qan vahidi fərdi qaydada qiymətləndirilir. Bu səbəbdən yalnız bütün laborator və keyfiyyət nəzarəti mərhələlərini uğurla keçən qan və qan komponentləri tibbi istifadə üçün buraxılır", - məlumatda bildirilib.

Xatırladaq ki, Aşura günü münasibətilə təşkil olunan qanvermə aksiyalarında ümumilikdə 2821 nəfər könüllü donor iştirak edib. Donorlardan toplanan qanın ümumi həcmi 1269.45 litr olub.

Oxşar xəbərlər

Aşura günü 2696 nəfər könüllü qan verib - YENİLƏNİB
Səhiyyə Nazirliyi: 362 nəfər könüllü qan verib, 162,9 litr qan tədarük olunub
Şuşa və Ağdam məscidlərində ilk dəfə qanvermə aksiyası keçirilir - FOTO
Şuşadakı Yuxarı Gövhərağa və Ağdamın Cümə məscidlərində ilk dəfə qanvermə aksiyası keçirilir - FOTO
Aşura günü ilə bağlı qanvermə aksiyasında 486 nəfər qan verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər