Tokayev: Qazaxıstan Gürcüstanı strateji tərəfdaş kimi qiymətləndirir
sizinxeber.az xəbər saytı

Tokayev: Qazaxıstan Gürcüstanı strateji tərəfdaş kimi qiymətləndirir


Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze Astanada məhdud çərçivədə danışıqlar aparıblar.

"Sizinxeber.az"un Qazaxıstan bürosunun Akordaya istinadən verdiyi məlumata görə, görüş Kobaxidzenin Qazaxıstana rəsmi səfəri çərçivəsində baş tutub.

Tokayev bildirib ki, Qazaxıstan Gürcüstanı strateji cəhətdən vacib və ənənəvi tərəfdaş hesab edir. O qeyd edib ki, ölkələr iqtisadi, humanitar və digər sahələrdə sıx əlaqələrə malikdir.

Dövlət başçısı qeyd edib ki, Qazaxıstan və Gürcüstan arasında ikitərəfli əməkdaşlığa yeni təkan vermək üçün hələ də istifadə olunmamış geniş imkanlar mövcuddur.

Kobaxidze Gürcüstanın Qazaxıstanla münasibətlərə xüsusi əhəmiyyət verdiyini bildirib. O vurğulayıb ki, tərəflər möhkəm siyasi və iqtisadi əlaqələri, həmçinin təhsil və mədəniyyət sahələrində qarşılıqlı fəaliyyəti dəstəkləyirlər.

Gürcüstanın Baş naziri qeyd edib ki, səfər zamanı tərəflər strateji tərəfdaşlıq haqqında Birgə bəyanat imzalayacaqlar. Onun sözlərinə görə, bu sənəd ikitərəfli əməkdaşlığa yeni təkan verəcək.

Oxşar xəbərlər

Tokayev və Kobaxidze Qazaxıstan-Gürcüstan əməkdaşlığının inkişafını müzakirə ediblər
Boçorişvili qazaxıstanlı həmkarı ilə Orta Dəhlizin inkişafını müzakirə edib
Tokayev: Qazaxıstan Azərbaycanı etibarlı strateji tərəfdaş və müttəfiq kimi görür
Astanada Tokayev və Ərdoğanın görüşü keçirilir
Tokayev Ceyhun Bayramovun Qazaxıstana səfərini əhəmiyyətli adlandırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər