Yol Polisi dumanla əlaqədar sürücülərə müraciət edib
sizinxeber.az xəbər saytı

Yol Polisi dumanla əlaqədar sürücülərə müraciət edib


Hazırda Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə dumanlı, yağışlı hava şəraiti müşahidə olunur ki, bu da yol-nəqliyyat hadisələrinin baş vermə riskini artırır.

Sizinxeber.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciətində bildirilib.

Qeyd edilib ki, bu xüsusda dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, təəssüf ki, bir sıra hallarda sürücülər tərəfindən mövcud hava şəraitinin düzgün qiymətləndirilməməsi, verilən tövsiyələrə əməl olunmaması sonda xoşagəlməz nəticələrə gətirib çıxarır.

Baş Dövlət Yol Polisi İdarəsi xüsusilə respublika əhəmiyyətli avtomobil yollarında fasiləsiz xidmət aparıldığını qeyd etməklə yanaşı, bir daha sürücülərə müraciət edərək onları dumanlı, yağışlı havalarda sürət həddini yol və hava şəraitinə uyğun seçməyə, daha çox ara məsafəsi saxlamağa, nəqliyyat vasitələrinin sazlığını, xüsusilə xarici işıq cihazlarının işlək vəziyyətdə olmasını nəzarətdə saxlamağa, ötmə, manevr etmə, dayanma, durma, parklanma zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır.

Oxşar xəbərlər

Yol polisi hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
DYP əlverişsiz hava ilə bağlı sürücülərə müraciət edib
DYP hava şəraiti ilə bağlı xəbərdarlıq edib
Yol polisi yağmurlu hava ilə bağlı müraciət edib
Baş Dövlət Yol Polisi İdarəsi bayram günləri ilə əlaqədar müraciət edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər