DGK: 549 900 ədəd saxta aksiz markası və nişanlar aşkar edilib
Bakı Baş Gömrük İdarəsinin “İpək yolu” gömrük postunda Türkiyə Respublikasından idxal olunan yüklərə gömrük yoxlaması tətbiq edilib.
Sizinxeber.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib.
Yoxlama zamanı alkoqollu içkilərə aid olan və gömrük orqanına bəyan edilməyən 1 litrlik üçün 30000 ədəd, 0,75 litrlik üçün 125000 ədəd, 0,5 litrlik üçün 55000 ədəd, 0,25 litrlik üçün 290000 ədəd olmaqla, cəmi 500000 ədəd saxta aksiz markası və 49900 ədəd nişanlar (QR kodlar) aşkar olunaraq götürülüb.
Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsi tərəfindən hüquqpozma faktını törədən şəxslərin əhatə dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri üçün müvafiq tədbirlər həyata keçirilir.
Oxşar xəbərlər
“İpək yolu” gömrük postunda saxta aksiz markası və nişanlar aşkar edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda külli miqdarda aksiz markasız siqaret aşkar edilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Külli miqdarda aksiz markası olmayan siqaretlər aşkar edilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda mağazada külli miqdarda aksiz markasız elektron siqaret aşkar edilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyədən Azərbaycana yük gətirən maşınlarda 208 min aksiz markasız siqaret aşkar edilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












