Dövlət Yanğından Mühafizə Xidməti uşaqlar üçün “açıq qapı günü” keçirib - FOTO
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə Səbail, Nərimanov və Şabran rayon Yanğından Mühafizə hissələrində uşaqlar üçün “açıq qapı günü” tədbirləri keçirilib.
Bu barədə APA-ya FHN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, tədbirlərin keçirilməsində məqsəd uşaqların hərtərəfli inkişafına, onların fiziki və mənəvi cəhətdən sağlam yetişməsinə, onlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin, eyni zamanda ilkin yanğın təhlükəsizliyi biliklərinin formalaşmasına, yanğınsöndürənlərin peşə fəaliyyəti barədə məlumatlılıq səviyyəsinin artırılmasına kömək etmək olub.
Tədbirlərdə Bakı şəhəri ərazisində fəaliyyət göstərən “Kids Estate”, “Kangaroo” və Şabran rayonu ərazisində fəaliyyət göstərən “Cücələrim” uşaq bağçalarının azyaşlıları, həmçinin müəllim və tərbiyəçilər iştirak ediblər.
Tədbir iştirakçılarına yanğınsöndürənlərin gündəlik rejim qaydası və hissələrin fəaliyyəti haqqında ətraflı məlumat verilib, onlara ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları və əməkdaşların ənənəvi məşqlərinin bir hissəsi əyani şəkildə nümayiş etdirilib. Həmçinin, uşaqlar fövqəladə hallar zamanı istifadə olunan zəruri yanğınsöndürmə və digər qəza-xilasetmə texnika və avadanlıqları ilə yaxından tanış olublar.
Maraqla keçən tədbirlərdə uşaqları maraqlandıran suallar cavablandırılıb.
Oxşar xəbərlər
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı” günü keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı” günü tədbirləri keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN məktəblilər üçün “açıq qapı” günü keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN “Gənclik Mall”da təlim keçirib - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












