“Övladlığa götürmə sahəsində göstərilən xidmətlər”lə bağlı media nümayəndələrinə təlim keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Təlim və İnkişaf Mərkəzində media nümayəndələri üçün növbəti “Sosial Jurnalistika” təlimi keçirilib.
"Sizinxeber.az"un məlumatına görə, “Övladlığa götürmə sahəsində göstərilən xidmətlər” mövzusuna həsr edilən təlimdə 15 media qurumundan jurnalistlər iştirak edib.
Media nümayəndələrinə "Azərbaycanda himayədar ailə" qayğı modeli haqqında geniş məlumat verilib.
Bildirilib ki, adıçəkilən modelin tətbiqinin məqsədi valideyn himayəsindən məhrum olan uşaqların müəssisələrə düşməsinin qarşısını almaqdır.
Kimlər himayədar valideyn ola bilər, himayədar valideynlərin vəzifələri, hüquqları, onlara göstərilən sosial dəstək və “Himayədar ailə” qayğı modelinin ölkədə tətbiqi ilə bağlı nazirliyin gördüyü son işlər haqqında jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
Daha sonra mövzunun necə mənimsənildiyini müəyyənləşdirmək məqsədi ilə "workshop" keçirilib.
İştirakçılar təlim mövzusunu əhatə edən test tapşırıqlarını cavablandırıblar.
Təlimin yekununda iştirakçılara sertifikatlar təqdim edilib.
Oxşar xəbərlər
Media nümayəndələri üçün “Sosial Jurnalistika” təlimi keçirilib
Nazirlik: Bu il 100 uşaq övladlığa verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
Azercell və "Samsung"dan yeni kampaniya!
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
