Özbəkistanla təlim sahəsində əməkdaşlıq imkanları müzakirə edilib
Özbəkistan Respublikasının Prezidenti yanında Milli Sosial Müdafiə Agentliyinin Sosial Müdafiə Sistemi İşçilərinin Təkmilləşdirmə Mərkəzi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın nümayəndələri arasında onlayn formatda görüş keçirilib.
"Report" xəbər verir ki, görüş iştirakçılarına Milli Observatoriyanın fəaliyyəti haqqında ətraflı məlumat verilib. Bildirib ki, milli sosial müşahidə mərkəzi olaraq Observatoriya əmək bazarını təhlil edərək, perspektiv peşə və ixtisaslara, zəruri bacarıqlara tələbatı müəyyən edir, qeyri-formal məşğulluğun mövcud vəziyyətinin qiymətləndirilməsi və onu yaradan səbəblərin və risklərin aradan qaldırılması üzrə sorğular aparır, peşəkar mütəxəssislərin hazırlanması və təlim proqramlarının həyata keçirilməsi ilə bağlı Nazirliyin təlim bazası qismində də iştirak edir.
Ölkəmizdə fəaliyyət göstərən müəssisələrdə əmək münasibətlərinin tənzimlənməsi, müəssisələrin mütərəqqi fəaliyyətinə dəstək olmaq və korporativ mühiti inkişaf etdirmək məqsədilə tətbiq edilən “DOST Müfəttiş” layihəsindən də bəhs edilib.
Təlim sahəsində göstərilən xidmətlərin beynəlxalq standartlarla təsdiqləndiyi qeyd edilib. Kadr potensialının gücləndirilməsi və təlim ehtiyaclarının müəyyən edilməsi istiqamətində aparılan qiymətləndirmə imtahanlarından, qiymətləndirmənin təşkili qaydalarından, əməkdaşların iş yükü analizinin aparılması, səriştə modelinin tətbiqi barədə görüş iştirakçılarının sualları cavablandırılıb.
Qeyd olunan istiqamətlərlə bağlı gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
Oxşar xəbərlər
Elnur Səfərli: "Milli Observatoriya Qarabağdakı iş adamlarının fəaliyyəti ilə bağlı təkliflər hazırlayıb" [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Övladlığa götürmə sahəsində göstərilən xidmətlər”lə bağlı media nümayəndələrinə təlim keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanla Özbəkistan arasında sosial sahədə əməkdaşlıq məsələləri müzakirə edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Media nümayəndələri üçün “Sosial Jurnalistika” təlimi keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və Türkiyə arasında pensiya təminatı sahəsində yeni sənəd hazırlanır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












