Növbəti köç karvanı Ağdam şəhərinə çatıb,  açarlar təqdim olunub- YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Növbəti köç karvanı Ağdam şəhərinə çatıb, açarlar təqdim olunub- YENİLƏNİB


Növbəti köç karvanı ilə Ağdam şəhərinə köçürülən 156 nəfərdən ibarət 41 ailəyə yeni mənzillərin açarları təqdim olunub.

Sizinxeber.az-nın Qarabağ bürosunun xəbərinə görə, mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin mərhələli şəkildə doğma yurdlarına qayıdışı davam etdirilir.

***

12.43

Növbəti köç karvanı Ağdam şəhərinə çatıb.

Sizinxeber.az xəbər verir ki, bu mərhələdə Ağdam şəhərinə 41 ailə (156 nəfər) köçürülüb.

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Oxşar xəbərlər

Köç karvanı Ağdamın Xıdırlı kəndinə çatıb, açarlar təqdim edilib - FOTO
Növbəti köç karvanı Cəbrayıla çatıb, açarlar təqdim olunub
Köç karvanı Ağdamın Sarıcalı kəndinə çatıb, 39 ailəyə evlərinin açarları təqdim edilib - FOTO
Növbəti köç karvanı Şuşa şəhərinə çatıb, mənzillərin açarları təqdim edilib - FOTO - YENİLƏNİB
Növbəti köç karvanı Ağdam şəhərinə çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər