Sumqayıtda 67 kq narkotik aşkarlanıb, 2 nəfər tutulub - VİDEO
sizinxeber.az xəbər saytı

Sumqayıtda 67 kq narkotik aşkarlanıb, 2 nəfər tutulub - VİDEO


DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində mübarizəsi fasiləsiz davam etdirilir. Bu məqsədlə Sumqayıt şəhərində keçirilən sonuncu əməliyyat zamanı narkoşəbəkənin qabaqcadan əlbir olan daha iki üzvü İbrahim Əliyev və Elçin Hüseynov saxlanılıblar.

DİN-dən Sizinxeber.az-ya verilən məlumata görə, onların idarə etdikləri avtomobildən 67 kiloqram 290 qram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.

Şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girdiklərini etiraf edən İ.Əliyev və E.Hüseynov narkotik vasitələri Abşeron rayonu ərazisindən əvvəlcədən razılaşdıqları yerdən götürüb maddi gəlir qazanmaq üçün satışını təşkil etməyi planlaşdırıblar.

Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İ.Əliyev və E.Hüseynovun daxil olduqları narkoşəbəkənin digər üzvlərinin də ifşa edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyatlar davam etdirilir.

Oxşar xəbərlər

Abşeronda avtomobildə 19 kq narkotik aşkarlanıb - VİDEO
Bakıda avtomobildə 32 kq narkotik aşkarlanıb - VİDEO
Abşeronda 48 kq narkotik aşkarlanıb
Bakıda avtomobildə 33 kq narkotik tapılıb
Sabunçuda avtomobildə 29 kq narkotik aşkarlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle