DYP qəza riskinin artması ilə bağlı sürücülərə müraciət edib
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.
İdarədən Sizinxeber.az-ya verilən məlumata görə, müraciətdə deyilir ki, yol hərəkətində təhlükəsizliyin təmin olunması hamı üçün vacibdir:
"Avtomobil idarə etmək yalnız texniki bacarıq deyil, eyni zamanda maksimum diqqət və məsuliyyət tələb edir.
Aparılan müşahidələr göstərir ki, bəzi yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan amillərdən biri də sürücülərin sükan arxasında uyğun olmayan geyimlərdən, xüsusilə də ayaqqabılardan istifadə etməsidir.
Nazik və yüksək dabanlı, topuqlu, arxası açıq, sürüşkən və elastik altlıqlı ayaqqabılar pedallar üzərində nəzarəti çətinləşdirir, ayağın sürüşməsinə və pedalın vaxtında, düzgün sıxılmamasına səbəb olur ki, bu da qəza riskini artırır. Bu kimi hallar daha çox xanım sürücülər arasında müşahidə olunur.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücüləri diqqətli olmağa, özlərinin və digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyi naminə məsuliyyətli davranmağa çağırır.
Təhlükəsizliyinizi düşünün – özünüzü və digərlərini qoruyun!"
Oxşar xəbərlər
DYP yollarda buzlanma ilə bağlı müraciət edib
BDYPİ sürücülərə müraciət edib
DYP həftəsonu səfərə çıxan sürücülərə müraciət edib
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
DYP meteohəssas sürücülərə müraciət edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













