Belarus vətəndaşlarını Rusiyanın sərhədyanı bölgələrinə səfərdən çəkinməyə çağırıb
sizinxeber.az xəbər saytı

Belarus vətəndaşlarını Rusiyanın sərhədyanı bölgələrinə səfərdən çəkinməyə çağırıb


Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç ölkə vətəndaşlarını Ukrayna ilə həmsərhəd olan Rusiya vilayətlərinə səfər etməməyə çağırıb.

"BelTA" xəbər verir ki, Volfoviç bu çağırışı Bryansk vilayətində Belarus sərnişin avtobusuna pilotsuz uçuş aparatının hücumunu şərh edərkən edib.

"Biz artıq xəbərdarlıq etmişdik. Prezident dəfələrlə çıxış edərək demişdi: hörmətli belaruslar, bu gün Rusiyaya, xüsusilə də sərhədyanı vilayətlərə səfərlərdən çəkinin. Orada hər gün pilotsuz uçuş aparatları düşür, xoşagəlməz hadisələr baş verir. Biz sərhədləri bağlamamışıq, getmək və ya getməmək hər kəsin şəxsi qərarıdır", – Volfoviç bildirib.

O vurğulayıb ki, mövcud şəraitdə həmin bölgələrdə təhlükəsizliyə heç kim tam zəmanət verə bilməz.

Oxşar xəbərlər

Belarus TŞ: Ölkənin cənub sərhədinin təhlükəsizliyi əlavə bölmələrlə gücləndirilib
Rusiya XİN ölkə vətəndaşlarını ABŞ-yə səfərdən çəkinməyə çağırıb
Qırğızıstan XİN ölkə vətəndaşlarını Rusiyaya səfər etməməyə çağırıb
Zelenski Lukaşenkoya bir həftə vaxt verib
Zelenski: Rusiya Belarus istiqamətindən hücum ssenarilərini nəzərdən keçirir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər