Rövşən Babayev: "Əsas məqsəd İmişli və ətraf regionlardakı uşaqları futbola qaytarmaqdır"
sizinxeber.az xəbər saytı

Rövşən Babayev: "Əsas məqsəd İmişli və ətraf regionlardakı uşaqları futbola qaytarmaqdır"


"İmişli"nin əsas hədəfi regionlardakı yeniyetmələri futbola qaytarmaqdır.

Bunu "Sizinxeber.az"a açıqlamasında klubun Gənclərin İnkişaf Proqramının rəhbəri Rövşən Babayev deyib.

Mütəxəssis seleksiya prosesi haqqında danışıb:

"İlk mərhələdə Bakıda, "Neftçi"nin köhnə bazasında 2009/2010 təvəllüdlü uşaqlar arasında seleksiya keçirilib. Növbəti mərhələ isə Saatlı şəhərində, iyunun 28-dən 30-dək reallaşdırılıb. 3 gün ərzində 6-17 yaşadək olan yeniyetmələrə baxış təşkil olundu".

R.Babayev U-19-la bağlı seçimlər həyata keçirildiyini nəzərə çatdırıb:

"U-19 yenidən qurulduğu üçün imkan daxilində seçimlər edilib, lakin bəzi mövqelərdə hələ də boşluqlar var və axtarışlar davam edir. Yeni komandada qarşıya hədəflər qoyulduğu üçün həmin mövqeyə daha güclü futbolçular cəlb olunmalıdır. İmişlidə akademiya üçün 2017-2018-ci illər təvəllüdlü uşaqlardan ibarət yeni kiçik yaş qrupu yığılıb. Hazırda U-17 və U-16 komandalarına da uşaqların seçim prosesi gedir".

O, növbəti planlar və qarşıya qoyulan hədəflərə toxunub:

"İyulun 6-dan 8-dək İmişli şəhərində akademiya üçün növbəti seleksiya mərhələsinin keçirilməsi planlaşdırılır. Sentyabrda məktəblər açılarkən daha bir böyük seleksiya prosesinin təşkili nəzərdə tutulur. Hazırda uşaqların çoxu istirahətdə olduğu üçün proses mərhələli şəkildə həyata keçirilir".

R.Babayev İmişli və Saatlı zonalarındakı yeniyetmələrin futbola cəlb edilməsinin vacibliyini vurğulayıb:

"İmişlidə əvvəllər 14 yaşınadək uşaqlar gəlirdi, lakin sonradan böyük komandalar olmadığı üçün yeniyetmələr futboldan uzaqlaşırdılar. Bəziləri təhsillərini davam etdirir və ya hərbi xidmətə yollanırdılar ki, bu da böyük bir qırılmaya səbəb olurdu. İndi əsas məqsəd Saatlı, İmişli və ətraf regionlarda uşaqları yenidən futbola qaytarmaqdır. Bakıdan gəlib orada qalmaq çətin olduğu üçün yerli uşaqların cəlb edilməsi prioritetdir. Birinci məqsəd oradakı məşqçilərin fəaliyyətini səmərəli etmək, ikinci hədəf isə uşaqlardan ən yaxşılarını seçib futbola qazandırmaqdır. Saatlı şəhərindəki Olimpiya İdman Kompleksində çox yaxşı infrastruktur var. Kompleksin rəhbərliyi prosesə böyük dəstək verir. Burada məqsəd ortaya yaxşı bir iş qoymaq, kütləviliyi artırmaq və futbola marağı bərpa etməkdir. Regionda maraq böyük olsa da, itirilmiş illər ərzindəki boşluqları doldurmaq üçün müəyyən zamana ehtiyac var".

Oxşar xəbərlər

Mirbağır İsayev: "Elit Məşq Layihəsi Azərbaycanın bütün regionlarını əhatə edəcək"
Maksim Medvedev "Qarabağ-2" komandasının heyətini formalaşdırmaq üçün seleksiya işlərinə başlayıb
Sahil Babayev: Son 6 ildə əmək müqavilələrinin sayında 50% artım olub
Muxtar Babayev: Əsas məqsədimiz COP29-da bütün tərəflər üçün naviqator rolunu oynamaqdır
Bakıda Eldar Babayev küçəsi təmir olunur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər