Stubb və Zelenski Rusiyanın Kiyevə genişmiqyaslı hücumunu müzakirə ediblər
sizinxeber.az xəbər saytı

Stubb və Zelenski Rusiyanın Kiyevə genişmiqyaslı hücumunu müzakirə ediblər


Finlandiya Prezidenti Aleksandr Stubb və Ukrayna lideri Volodimir Zelenski telefon danışığı zamanı Rusiyanın bu yaxınlarda Kiyevə və Ukraynanın mülki infrastrukturuna endirdiyi zərbələri müzakirə ediblər.

"Report" xəbər verir ki, bu barədə Aleksandr Stubb "X" sosial şəbəkəsində bildirib.

"Prezident Volodimir Zelenski ilə yaxşı telefon danışığım oldu. Finlandiya Rusiyanın ötən gecə Ukraynadakı mülki obyektlərə endirdiyi zərbələri pisləyir. Ukrayna cəbhədə yaxşı vəziyyətdədir, lakin hava hücumundan müdafiəni gücləndirmək üçün dəstəyə ehtiyacı var", - o yazıb.

Stubb həmçinin vurğulayıb ki, Finlandiya Ukraynanın atəşkəs və ədalətli sülh istəyini dəstəkləyir.

Zelenski isə qeyd edib ki, tərəflər Ukraynanın müdafiəsini gücləndirmək imkanlarını müzakirə ediblər: ""Patriot" üçün kifayət qədər müvafiq raketlər olmadan ballistik raketlərdən qorunmaq qeyri-mümkündür. İndi bu bizim ən böyük prioritetimizdir. Tərəfdaşlardan kimin və məhz necə kömək edə biləcəyini müzakirə etdik. Bunun üzərində işləyəcəyik", - o, danışığın yekunlarına dair teleqram kanalında yazıb.

Ukrayna lideri həmçinin əlavə edib ki, diplomatlar ikitərəfli müdafiə əməkdaşlığını müzakirə ediblər: "Yaxın vaxtlarda mühüm razılaşmalar bağlamağa hazırlaşırıq".

Stubb və Zelenski həmçinin Ankarada keçiriləcək qarşıdakı NATO sammitinə hazırlığı müzakirə ediblər.

Qeyd edək ki, İyulun 2-nə keçən gecə Rusiya qoşunları Ukrayna ərazisinə növbəti genişmiqyaslı zərbələr endirib, onun əsas hədəfi Kiyev olub. Son məlumatlara görə, Rusiya Silahlı Qüvvələrinin paytaxt regionuna endirdiyi zərbələr nəticəsində 22 nəfər ölüb.

Oxşar xəbərlər

Finlandiya Ukraynanın hava hücumundan müdafiəsini gücləndirməyə kömək etməyə hazırdır
ABŞ və Finlandiya liderləri Rusiya-Ukrayna münaqişəsini müzakirə edib
Finlandiya Prezidenti: Ukrayna Rusiya ilə sülh danışıqlarına güc mövqeyindən başlamalıdır
Zelenski Stubb ilə Rusiyaya qarşı sanksiyaların gücləndirilməsini və Ukraynaya yardımı müzakirə edib
Finlandiya Prezidenti: Avropa Ukrayna danışıqlarında vasitəçi olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər