Nəsimi rayonunda Polis Günü qeyd olunub
Azərbaycan Polisi Günü münasibətilə Nəsimi rayonunda rayon icra hakimiyyətinin, rayon polis idarəsinin və digər hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.
"Sizinxeber.az" xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülərək əziz xatirəsi ehtiramla yad edilib.
Daha sonra Nəsimi Rayon Polis İdarəsində təşkil olunan tədbirdə Ümummilli Liderin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov, Nəsimi Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Vüqar Ağayev və rayon prokuroru Həsən Hənifəyev polis orqanlarının ölkədə ictimai asayişin qorunması və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynadığını vurğulayaraq polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib, onlara xidmətdə yeni uğurlar arzulayıblar.
Tədbirin sonunda xidmətdə fərqlənən bir qrup polis əməkdaşı fəxri fərman və təşəkkürnamələrlə təltif olunub.
Oxşar xəbərlər
Abşeronda "2 iyul – Azərbaycan Polisi Günü" qeyd edilib
Nəsimi rayonunun DYP şöbəsinə yeni polis rəisi təyin edilib
Vilayət Eyvazov yeni polis rəisi təyin edib
Asif Əsgərov Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub
Nəsimi rayonunda azyaşlıya qarşı soyğunçuluq edən şəxs saxlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Arzum" məhkəmə zalında həbs olundu
-
QDTİB-nin İllik Toplantısı çərçivəsində Biznes Forum keçirilir - FOTO
-
DÇ-2026-nın oyunu zamanı meydana azarkeş daxil olub
-
Saks: Orta Dəhliz İpək Yolunun müasir davamıdır
-
Prezident İlham Əliyev və Ursula fon der Lyayen mətbuata birgə bəyanatlarla çıxış ediblər - - FOTO - YENİLƏNİB-1
-
Fitso: Qərb faktiki olaraq Rusiya ilə müharibə vəziyyətindədir
