Qebreyesus: "MV Hondius" gəmisində hantavirusun yayılması başa çatıb
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus "MV Hondius" kruiz gəmisində Andes hantavirusunun yayılmasının başa çatdığını bildirib.
"Report" xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində yazıb.
"Bu gün "MV Hondius" kruiz gəmisində hantavirusun təsirinə məruz qalmış sonuncu şəxs üçün karantin dövrü başa çatdı, onun test nəticəsi mənfi çıxdı və o, evinə qayıtdı. Mayın 25-dən bəri yeni hallar qeydə alınmayıb. Buna görə də ÜST virusun yayılmasını başa çatmış hesab edir", - Qebreyesus bildirib.
Xatırladaq ki, Niderlandın "MV Hondius" ekspedisiya gəmisinin göyərtəsində Andes virusunu 2026-cı ilin aprel-may aylarında Cənubi Atlantika üzrə reys zamanı yayılıb. Gəminin göyərtəsində 147 nəfər - 88 sərnişin və 59 heyət üzvü olub. ÜST-nin mayın 2-də məlumat aldığı hantavirus yayılması zamanı təşkilat 13 təsdiqlənmiş yoluxma və üç ölüm halı barədə məlumat verib.
Hantaviruslar - əsasən xırda məməliləri yoluxduran, lakin insana da keçə bilən viruslar fəsiləsidir. Ağır hallarda yoluxan şəxslərdə ağciyərlərin zədələnməsi, ürək çatışmazlığı və hemorragik qızdırma yaranır.
Oxşar xəbərlər
ÜST hantavirusla bağlı vəziyyətin pisləşməsini qeydə almayıb
ÜST rəhbəri "MV Hondius" sərnişinlərinin təxliyəsinə nəzarət edəcək
ÜST "MV Hondius" gəmisindən təxliyə olunanlar üçün 42 günlük karantin tövsiyə edib
Tedros Adhanom: Hantavirus koronavirus deyil
ÜST rəhbəri gəmidə hantavirusa kütləvi yoluxma səbəbindən Kanar adalarına gedəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Arzum" məhkəmə zalında həbs olundu
-
QDTİB-nin İllik Toplantısı çərçivəsində Biznes Forum keçirilir - FOTO
-
DÇ-2026-nın oyunu zamanı meydana azarkeş daxil olub
-
Saks: Orta Dəhliz İpək Yolunun müasir davamıdır
-
Prezident İlham Əliyev və Ursula fon der Lyayen mətbuata birgə bəyanatlarla çıxış ediblər - - FOTO - YENİLƏNİB-1
-
Fitso: Qərb faktiki olaraq Rusiya ilə müharibə vəziyyətindədir
