Maka Boçorişvili: Orta Dəhlizin inkişafında Özbəkistanla əməkdaşlıq vacibdir
Mərkəzi Asiyanın sürətlə inkişaf edən dövlətlərindən olan Özbəkistanla əməkdaşlıq, xüsusilə Orta Dəhlizin inkişafı kontekstində Gürcüstan üçün mühüm əhəmiyyət daşıyır.
"Report"un Gürcüstan bürosunun məlumatına görə, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bildirib.
Nazirin sözlərinə görə, Özbəkistan Prezidentinin Gürcüstana bu səviyyədə son səfəri 23 il əvvəl baş tutub.
"Bu, ölkələrimiz arasında münasibətləri yeni səviyyəyə qaldırmaq üçün tarixi fürsətdir. Münasibətlərin müxtəlif istiqamətlərdə daha da dərinləşdirilməsi məqsədilə strateji əməkdaşlıq haqqında sazişin imzalanması nəzərdə tutulur", – deyə Boçorişvili qeyd edib.
Nazir əlavə edib ki, səfər çərçivəsində keçirilən Gürcüstan–Özbəkistan Biznes Forumu da iki ölkənin işgüzar dairələri arasında əlaqələrin genişlənməsinə və praktiki əməkdaşlığın güclənməsinə töhfə verəcək.
Oxşar xəbərlər
Gürcüstan "Orta Dəhliz"də rolunu gücləndirmək istəyir
Maka Boçorişvili: Gürcüstanın strateji seçimi Avropa İttifaqına inteqrasiyadır
Boçorişvili qazaxıstanlı həmkarı ilə Orta Dəhlizin inkişafını müzakirə edib
Boçorişvili və Fidan Orta Dəhlizin inkişafını müzakirə ediblər
Boçorişvili: Gürcüstan Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlığı inkişaf etdirməyə çalışır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Arzum" məhkəmə zalında həbs olundu
-
QDTİB-nin İllik Toplantısı çərçivəsində Biznes Forum keçirilir - FOTO
-
DÇ-2026-nın oyunu zamanı meydana azarkeş daxil olub
-
Saks: Orta Dəhliz İpək Yolunun müasir davamıdır
-
Prezident İlham Əliyev və Ursula fon der Lyayen mətbuata birgə bəyanatlarla çıxış ediblər - - FOTO - YENİLƏNİB-1
-
Fitso: Qərb faktiki olaraq Rusiya ilə müharibə vəziyyətindədir
