DYP meteohəssas sürücülərə müraciət edib
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi meteohəssas sürücülərə müraciət edib.
Bu barədə Sizinxeber.az-ya BDYPİ-dən bildirilib.
Müraciətdə deyilir ki, fevral ayının ilk 10 günündə yer kürəsi bir sıra maqnit qasırğalarının təsiri altında olmuş və proqnozlara əsasən bu prosesin ayın sonuna qədər davam etməsi gözlənilir: "Maqnit qasırğaları xüsusilə meteohəssas insanlarda müxtəlif fiziki və psixoloji narahatlıqlara səbəb olur ki, bu da onların sürücülük qabiliyyətinə təsir göstərir. Son günlər respublika yollarında baş verən qəzaların təhlili onu dəməyə əsas verir ki, sürücülərin nəqliyyat vasitələrini heç bir real təhlükə və obyektiv səbəb olmadan aşırmaları və ya meneəyə çırpmaları göstərilən hallar səbəbindən baş verib".
Qeyd olunub ki, meteohəssas sürücülərə maqnit qasırğasının təsirləri:
- Baş ağrısı və yorğunluq – Maqnit qasırğaları bəzi insanlarda miqren və halsızlıq yarada bilər.
- Diqqət dağınıqlığı və yuxululuq – Sürücülərin reflekslərini zəiflədərək qəza riskini artıra bilər.
- Əsəbilik və emosional qeyri-sabitlik – Həddindən artıq stress və əsəbilik təhlükəli manevrlərə səbəb ola bilər.
- Qan təzyiqində dəyişikliklər – Bu, ürək döyüntülərinin artmasına və ya halsızlığa gətirib çıxara bilər.
Sürücülərə vacib olmadığı hallarda sükan arxasına keçməmək tövsiyə olunub: "Sükan arxasında yorğun və ya əsəbi hiss edirsinizsə, qısa fasilələr verin. Diqqət dağınıqlığı hiss edirsinizsə, avtomobili idarə etməkdən çəkinin. Hava və maqnit qasırğaları ilə bağlı xəbərləri izləyin və müvafiq tədbirlər görün.
Maqnit qasırğalarının təsiri hər kəsdə fərqli ola bilər, lakin meteohəssas insanlarda bu təsirlər daha güclü hiss olunur.
Unutmayın ki, yol hərəkətində bədən yorğunluğu və ya diqqət dağınıqlığı həm sizin, həm də digər yol hərəkəti iştirakçıları üçün real təhlükə hesab edilir!"
Oxşar xəbərlər
DYP əlverişsiz hava ilə bağlı sürücülərə müraciət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabah Yer kürəsini güclü maqnit qasırğaları vura bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Baş Dövlət Yol Polisi İdarəsi bayram günləri ilə əlaqədar müraciət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












