"Yandex" axtarış sisteminin Azərbaycandakı payı son iki ayda 16 dəfə azalıb
Bu ilin iyun ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) "Google" axtarış sisteminin bazar payı 98,51 % təşkil edib.
"Sizinxeber.az"un "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi xəbərə görə, bu, may ayına nisbətən 4,32 faiz bəndi, 2025-ci ilin iyun ayının göstəricisi ilə müqayisədə 18,62 faiz bəndi çoxdur.
İkinci pillədəki "Yandex"in bazar payı aylıq müqayisədə 3,83 faiz bəndi, illik isə 17,09 faiz bəndi azalaraq 0,78 %-də qərarlaşıb. Axtarış sisteminin payı ardıcıl olaraq ikinci aydır azalır (ümumi azalma 16 dəfə təşkil edib).
Növbəti yerdə qərarlaşan "Bing"in bazar payı ay ərzində 0,25 faiz bəndi, illik isə 0,6 faiz bəndi azalaraq 0,6 % olub.
Dördüncü yerdəki "DuckDuckGo"nun bazar payı ay ərzində 0,13 faiz bəndi, illik müqayisədə isə 0,4 faiz bəndi azalaraq 0,06 % təşkil edib.
İlk beşliyi qapadan "Yahoo"nun bazar payı ay ərzində 0,08 faiz bəndi, illik müqayisədə isə 0,46 faiz bəndi azalaraq 0,05 % olub.
Oxşar xəbərlər
Azərbaycanda axtarış sistemləri arasında "Yandex"in bazar payı mayda 62 % azalıb
"Safari"nin Azərbaycandakı bazar payı 3 ayda 2 dəfədən çox azalıb
"ChatGPT" son bir ildə Azərbaycandakı bazar payının 16 %-ni itirib
"Facebook" son 3 ayda Azərbaycandakı bazar payının 45 %-ni itirib
“Samsung” Azərbaycanın planşet bazarındakı payını itirir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Arzum" məhkəmə zalında həbs olundu
-
QDTİB-nin İllik Toplantısı çərçivəsində Biznes Forum keçirilir - FOTO
-
DÇ-2026-nın oyunu zamanı meydana azarkeş daxil olub
-
Saks: Orta Dəhliz İpək Yolunun müasir davamıdır
-
Prezident İlham Əliyev və Ursula fon der Lyayen mətbuata birgə bəyanatlarla çıxış ediblər - - FOTO - YENİLƏNİB-1
-
Fitso: Qərb faktiki olaraq Rusiya ilə müharibə vəziyyətindədir
