DYP yollarda buzlanma ilə bağlı müraciət edib
sizinxeber.az xəbər saytı

DYP yollarda buzlanma ilə bağlı müraciət edib


DİN-in Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yollarda gizli buzlanma ehtimalına qarşı sürücülərə müraciət edib.

İdarədən Sizinxeber.az-ya verilən məlumata görə, müraciətdə bildirilib ki, son günlər ölkəmizdə müşahidə olunan şaxtalı hava şəraiti yollarda gizli buzlanma ehtimalını artırır:

Yollarda gizli buzlanma ehtimalı

"Belə vəziyyətdə sürücülər tərəfindən yolun vəziyyəti düzgün qiymətləndirilmir və bu hal yol nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur.

Xüsusilə sürət həddinin aşılması və düzgün ara məsafəsi saxlanılmaması qəza riskini artıran əsas səbəblərdəndir.

Unutmaq olmaz ki, yüksək sürətlə hərəkət edən avtomobilin dayanma məsafəsi artır, bu isə qəfil maneələr qarşısında sürücünün nəzarəti itirməsinə və ağır nəticələrə səbəb ola bilir".

DYP nə tövsiyə edir?

Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri bir daha diqqətli olmağa, müəyyən edilmiş sürət həddinə ciddi riayət etməyə, hərəkət zamanı ara məsafəsini düzgün seçməyə və təhlükəli manevrlərdən çəkinməyə, özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyini düşünməyə çağırır.

Oxşar xəbərlər

DYP yollarda təhlükəsizliklə bağlı müraciət edib
DYP: Güclü külək yollarda qəza riskini artırır
DYP yollarda sürüşmə ehtimalının artması ilə bağlı xəbərdarlıq edib
DYP əlverişsiz hava şəraiti ilə bağlı müraciət edib
DYP hava şəraiti ilə bağlı müraciət edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle