Polşada iki il ərzində anti-Ukrayna aksiyaları təşkil edən Rusiya agentləri ifşa olunub
sizinxeber.az xəbər saytı

Polşada iki il ərzində anti-Ukrayna aksiyaları təşkil edən Rusiya agentləri ifşa olunub


Polşada Rusiyanın maliyyələşdirdiyi və iki il ərzində Varşava və Vrotslav şəhərlərində Ukrayna əlehinə aksiyaları təşkil edən agent şəbəkəsi ifşa edilib.

APA xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlumata görə, Rusiya kuratorlarının göstərişi ilə 2025–2026-cı illərdə Polşanın müxtəlif şəhərlərində ümumilikdə beş belə etiraz aksiyası təşkil olunub. Aksiyaların əsas məqsədi Ukraynanı beynəlxalq aləmdə nüfuzdan salmaq və Avropa İttifaqı daxilində ictimai-siyasi sabitliyi pozmaq olub.

Bildirilir ki, aksiyalara iştirakçılar xüsusi vasitəçilər vasitəsilə cəlb edilib. Onlara bir dəfəlik iştirak müqabilində 100-200 ABŞ dolları ödənilib.

Etiraz iştirakçılarına əvvəlcədən hazırlanmış təxribat xarakterli plakatlar verilib, aksiyanın keçirilməsi ilə bağlı ətraflı təlimatlandırılıblar və tədbirdən sonra ödənişlər nağd şəkildə həyata keçirilib.

Ukrayna əks-kəşfiyyatı ilə Polşanın Daxili Təhlükəsizlik Agentliyinin birgə əməliyyatı nəticəsində Kremlin maraqlarına xidmət edən aksiyaların 11 təşkilatçısı ifşa olunub.

Onların arasında 9 Ukrayna vətəndaşı və 2 Belarus vətəndaşı olub.

Oxşar xəbərlər

ABŞ-nin bir neçə ştatında Trampın siyasətinə qarşı etiraz aksiyaları keçiriləcək
ABŞ-də Trampın siyasətinə qarşı etiraz aksiyaları keçirilib
“AzerGold” Daşkəsəndə ağacəkmə aksiyaları keçirib - FOTO
Polşada dəmir yolu işçiləri etiraz aksiyalarına başlayacaqlar
Putin: Rusiyada terror təhlükəsi riski artır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər