Azərbaycanda enerji sisteminin qoyuluş gücü 9 QVt- a yaxınlaşıb
Bu il Azərbaycanda enerji sisteminin qoyuluş gücü 8 976 MVt-a çatdırılıb.
“Sizinxeber.az-Economics” xəbər verir ki, bunu Bakı Enerji Forumunda çıxışı zaman "Azərenerji" ASC-nin vitse-prezidentinin birinci müavini Yusif Qarayev deyib.
Onun sözlərinə görə, 2018-ci illə müqayisədə 2025-ci ildə Azərbaycanın (Naxçıvan Muxtar Respublikasının enerji sistemi daxil olmaqla) ümumi enerji sisteminin qoyuluş gücü 6 300 MVt-dan 8 976 MVt-dək artıb (2 676 MVt artım).
Yusif Qarayev bildirib ki, qeyd olunan artım fonunda bərpa olunan enerji mənbələrinin (BOEM) enerjisistemdəki payı da 2,5 faiz bəndi artaraq 4,2 %-ə (379,1 MVt) çatdırılıb.
Hazırda ölkədə enerji sistemi üzrə qoyuluş gücünün strukturu belədir: İstilik Elektrik Stansiyaları – 7 199,5 MVt (ümumi qoyuluş gücünün 80,2 %-i), Su Elektrik Stansiyaları (KSES-lər daxil olmaqla) – 1 397,4 MVt (15,6 %).
Oxşar xəbərlər
Bərpa olunan enerji mənbələrinin inteqrasiyasında mənfi təsirlər açıqlanıb
Azərbaycanın enerji sistemində qoyuluş gücü ötən il 1 %-dən çox artıb
Azərbaycanın yaşıl enerji sayəsində qənaət edəcəyi qazın həcmi açıqlanıb
Naxçıvanda alternativ enerji istehsalı artıb
“AzərEnerji” 2030-cu ilə qədər enerji sisteminə inteqrasiya ediləcək güclərin həcmini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













