Azərbaycanın enerji sistemində qoyuluş gücü ötən il 1 %-dən çox artıb
sizinxeber.az xəbər saytı

Azərbaycanın enerji sistemində qoyuluş gücü ötən il 1 %-dən çox artıb


2024-cü ildə Azərbaycanın enerji sistemində qoyuluş gücü 8 415,6 MVt (98 stansiya) təşkil edib.

“Report” bu barədə Energetika Nazirliyi tərəfindən 2024-cü ildə görülmüş işlərə dair hesabatda deyilir.

Məlumata əsasən, bu, 2023-cü illə müqayisədə 104,8 MVt və ya 1,2 % çoxdur.

Azərbaycanda 2 elektroenergetika sistemində ümumi gücü 6 623 MVt olan 22 istilik elektrik stansiyası, ümumi gücü 1406,6 MVt olan 58 su elektrik stansiyası, ümumi gücü 63,62 MVt olan gücündə 5 külək elektrik stansiyası, ümumi gücü 278 MVt gücündə olan 9 günəş elektrik stansiyası, 37 MVt gücündə 1 bioenerji elektrik stansiyası, ümumi gücü 7,4 MVt gücündə 3 ədəd hibrid elektrik stansiyası istismar edilir. Su elektrik stansiyaları daxil olmaqla bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1792,64 MVt-dır ki, bu da ümumi istehsal gücünün, təxminən 21,3 %-ni təşkil edir.

Oxşar xəbərlər

Azərbaycanın ümumi elektrik enerjisi istehsalı gücü 8,4 min MVt-ı ötüb
Teymur Abdullayev: Azad olunan ərazilərdə tikilən KSES-lərin ümumi gücü 270 MVt-dir
Bakıda bir külək və üç günəş elektrik stansiyası inşa edilə bilər
Qarabağ və Şərqi Zəngəzurda inşa edilən elektrik stansiyalarının sayı açıqlanıb
Yaxın 3 ildə Azərbaycanda 8 günəş-külək elektrik stansiyası şəbəkəyə qoşulacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər