Londonda Azərbaycan-Britaniya Hökumətlərarası Komissiyanın iclası keçiriləcək
Aprelin 30-da Böyük Britaniyanın London şəhərində Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək. Tədbirdə energetika naziri Pərviz Şahbazov və onun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcək.
"Sizinxeber.az-Economics" xəbər verir ki, iclasda enerji keçidi, iqtisadiyyatın modernləşdirilməsi/diversifikasiyası, infrastrukturun inkişafı, tənzimləmə və biznes mühiti istiqamətləri üzrə 20-dən çox sahədə əməkdaşlığa dair müzakirələrin aparılması və iclasın yekun protokolunun imzalanması nəzərdə tutulur.
Qeyd edək ki, Komissiyanın həmsədrləri Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Birləşmiş Krallığın biznes və ticarət üzrə dövlət katibinin müavini, xidmətlər, kiçik biznes və ixrac naziri Qaret Tomasdır.
Oxşar xəbərlər
Azərbaycan-Britaniya Hökumətlərarası Komissiyanın növbəti iclasına hazırlıq müzakirə olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və BƏƏ Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclası keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanla Serbiya arasında Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Astanada Azərbaycan-Qazaxıstan Birgə Hökumətlərarası Komissiyasının 20-ci iclası keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Böyük Britaniyanın enerji keçidini təşviq edən əməkdaşlıq təkliflərini müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












