“Fitch” Avropada təbii qazın qiyməti üzrə proqnozunu açıqlayıb
“Fitch Ratings” beynəlxalq reytinq agentliyi 2025-2028-ci illər üçün Avropada təbii qazın orta qiyməti üzrə baza proqnozunu yeniləyib.
“APA-Economics” “Fitch”in baza proqnozuna istinadən xəbər verir ki, TTF indeksi (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən iri virtual satış mərkəzi) üzrə Avropada qazın 1 000 kub fut (28,3168 kubmetr) üçün qiymətinin 2025-ci ildə 12 ABŞ dolları, 2026-cı ildə - 8 dollar, 2027-ci ildə - 7 dollar, 2028-ci ildə isə 7 dollar səviyyəsində olacağı ehtimal olunur (proqnozlar göstəricilər dəyişməyib).
Proqnoza əsasən, 2024-cü ildə TTF indeksi üzrə Avropada qazın qiyməti 1 000 kub fut üçün 11 dollar olub.
Qeyd edək ki, 2020-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.
Oxşar xəbərlər
Avropada təbii qaz tədricən ucuzlaşacaq - PROQNOZ
“Fitch Ratings” neftin qiyməti üzrə proqnozunu açıqlayıb
“Fitch Ratings” bu il üçün neftin qiyməti üzrə proqnozunu azaldıb
"ING Group" bu il üçün Avropada təbii qazın qiyməti üzrə proqnozunu artırıb
Avropada bu il təbii qaz daha da bahalaşacaq - PROQNOZ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İtkin şəhidimiz “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
