2025-ci ilin I rübündə Azərbaycan neftinin orta ixrac qiyməti 77 dollardan yüksək olub
2025-ci ilin yanvar-mart ayları ərzində dünya bazarlarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta illik ixrac qiyməti məlum olub.
"Sizinxeber.az-Economics"in apardığı hesablamalara görə, bu ilin ilk 3 ayı ərzində Azərbaycan neftinin orta qiyməti 77.5 ABŞ dollarına bərabər olub.
2025-ci ilin I rübü ərzində ən yüksək göstərici, 84.78 ABŞ dolları təşkil edib, ən minimal göstərici isə 71.40 ABŞ dolları səviyyəsində olub.
Xatırladaq ki, cari il Azərbaycanın dövlət büdcəsində bir barel neftin orta illik ixrac qiyməti 70 ABŞ dollarından hesablanıb. 2025-ci il üzrə proqnozlaşdırılan dövlət büdcəsi gəlirlərinin (38 milyard 356 milyon manat) 18 milyard 773 milyon manatı neft-qaz sektorunun hesabına formalaşır. Bu vəsaitin 14 milyard 481 milyon manatı Dövlət Neft Fondundan transfertin, 3 milyard 830 milyon manatı vergi orqanlarının xətti ilə neft-qaz sektorundan daxilolmaların, 462 milyon manatı isə SOCAR üzrə dividend ödənişinin payına düşür.
Oxşar xəbərlər
Növbəti il dövlət büdcəsində neftin ixrac qiyməti 70 dollar proqnozlaşdırılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
2024-cü ildə Azərbaycan neftinin orta ixrac qiyməti bəlli olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan neftinin qiyməti 98 dollardan aşağı düşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan neftinin qiyməti 103 dollara yaxınlaşır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan neftinin qiyməti 77 dollardan aşağı düşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi











