"Azercell" Silahlı Qüvvələr Günü münasibətilə "Əsgərcell" təklifini istifadəyə verir
Əsgərlərimiz xidmət dövründə ailələrinə bir zəng qədər yaxın olacaqlar!
"Azercell Telekom" MMC 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Müdafiə Nazirliyi ilə tərəfdaşlıqda "Əsgərcell" xüsusi təklifini istifadəyə verir. Yeni təşəbbüs hərbi xidmət müddətində əsgərlərin ailə üzvləri və yaxınları ilə etibarlı və təhlükəsiz ünsiyyətini təmin edəcək.
Ölkədə ilk dəfə təqdim olunan bu təklifdən yararlanmaq üçün əsgərlər xüsusi şərtlərlə fərdi cihaz və nömrəni hərbi hissələrdə yaradılmış müvəqqəti satış məntəqələrindən əldə edə bilərlər. Təklif çərçivəsində nömrələrdə onlar üçün nəzərdə tutulmuş tarif aktiv ediləcək. İnformasiya təhlükəsizliyi tələblərinə uyğun hazırlanmış xidmət əsgərlərə müəyyən olunmuş saatlarda "ağ siyahı"ya əlavə etdikləri istənilən 5 nömrə ilə qarşılıqlı zənglər həyata keçirmək imkanı yaradacaq. Eyni zamanda, təcili çağırış nömrələri ilə əlaqə saxlamaq mümkün olacaq.
"Əsgərcell" təklifi 1 iyul 2026-cı il tarixindən etibarən aktiv olacaq. "Əsgərcell" nömrələrinin istifadə müddəti 18 ay müəyyən edilib. Bu müddət ərzində nömrələrin xətti daim açıq qalacaq.
Təklifə qoşulma şərtləri və ətraflı məlumat üçün: "Əsgərcell".
"Azercell Telekom" MMC 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Silahlı Qüvvələrini təbrik edir, Vətənimizin müstəqilliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin keşiyində şərəflə xidmət edən bütün hərbçilərimizə dərin ehtiramını və minnətdarlığını bildirir.
Əsgərcell – şərəflə və sədaqətlə xidmətinizdəyik!
Oxşar xəbərlər
"Azercell"dən "MiFi" və "Wi-Fi" cihazları ilə istənilən yerdə onlayn ol!
"Azercell" fərdi və korporativ müştəriləri üçün rəqəmsal imkanları genişləndirir
Azərbaycan Ordusunda ilk: Əsgərlər üçün təhsil almaq imkanı yaradılıb
Maşın qiymətinə olan telefon nömrələri satışa çıxarıldı - SİYAHI
"Azercell Telecom"un eksklüziv 100 seriyalı nömrələri artıq satışda!
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
DÇ-2026: Son tura start verilir
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
Əli Əsədov Numan Kurtulmuşla görüşüb
-
Tusk: Polşanın müdafiə xərcləri ÜDM-in təxminən 7 %-nə çatıb
