Sizinxeber.az » İqtisadiyyat » Sənaye və energetika » Dövlət Ekoloji Ekspertiza Agentliyi: Xəzərdəki layihələrdə ən sərt ekoloji standartların tətbiqi vacibdir

Dövlət Ekoloji Ekspertiza Agentliyi: Xəzərdəki layihələrdə ən sərt ekoloji standartların tətbiqi vacibdir

Xəzər qapalı su hövzəsidir və açıq dənizlərdə, okeanlarda neft-qaz əməliyyatlarında istifadə olunan üsullar heç də həmişə ona (Xəzər dənizinə -red.) uyğun gəlmir.

"APA-Economics" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzdində Dövlət Ekoloji Ekspertiza Agentliyinin məsləhətçisi Könül Əhmədsoy Bakıda keçirilən “IADC Drilling Caspian 2025” qazma konfransında bildirib.

"Ölkəmizdə həyata keçirilən əməliyyatlarda (neft-qaz əməliyyatları - red.) xüsusilə ehtiyatlı yanaşırıq. Bəzən operatorlar Şimal dənizində, Meksika körfəzində və ya Fars körfəzində istifadə olunan standartlara və ya texnologiyalara istinad edirlər. Amma Xəzər dənizi ilə bağlı vəziyyət fərqlidir. O, qapalı su hövzəsidir və açıq dənizlərdə və okeanlarda neft-qaz sektorunda istifadə olunan üsullar heç də həmişə ona (Xəzər dənizinə -red.) uyğun gəlmir", - Könül Əhmədsoy qeyd edib.

Onun sözlərinə görə, Xəzər dənizi unikal endemik biomüxtəlifliyə malikdir:

"Qapalı su hövzəsi olmaqla, digər su obyektləri ilə müqayisədə özünü bərpa etmək qabiliyyəti məhduddur. Bundan əlavə, uzun illər aktiv neft və qaz hasilatı Xəzər dənizinə xeyli ziyan vurub. Bu da onunla əlaqədardır ki, burada mədən hasilatı insanlar ətraf mühiti qorumaq haqqında düşünməyə və bu proseslərin təhlükəsini dərk etməyə başlamazdan xeyli əvvəl başlayıb. Ona görə də biz xüsusi olaraq Xəzər regionuna həsr olunmuş müzakirələrin tərəfdarıyıq. Xəzərdəki layihələrin bütün dünya üçün nümunə olması üçün ən yaxşı beynəlxalq təcrübənin və ən sərt ekoloji standartların burada tətbiqinin vacib sayırıq", - Könül Əhmədsoy vurğulayıb.

ДРУГИЕ НОВОСТИ

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. Prezident İlham Əliyevin doğum günüdür
  2. Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"
  3. "Haber Global" Bakıda təşkil olunan forumdan reportaj hazırladı: "Orta Dəhlizin cəlbediciliyi və istifadə imkanları artıb"
  4. Bayrama görə pul kimə, necə veriləcək? - Dəqiq izah
  5. Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib
  6. Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
  7. Siqaretin qiymətində kəskin artım: Nə baş verir?
  8. Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib
  9. MTK-lar daxili krediti niyə azaldıblar? - VİDEO
  10. Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
SÖZÜM VAR !