Qlobal neft hasilatının artım tempi daha da sürətlənəcək - PROQNOZ
ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) 2025-ci il üçün maye karbohidrogenlərin gündəlik qlobal hasilatı üzrə proqnozunu artırıb.
"Sizinxeber.az-Economics"in EIA-nın aylıq hesabatına istinadən verdiyi məlumata görə, bu il maye karbohidrogenlərin gündəlik qlobal istehsalının ortalama hesabla 104,36 mln. barel olacağı ehtimal edilir ki, bu da öncəki proqnozdan 0,12 mln. barel çoxdur.
Bununla yanaşı, EIA gələn il qlobal gündəlik maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu açıqlayıb. Belə ki, qeyd olunan göstəricinin 2026-cı ildə 105,89 barel səviyyəsində olacağı ehtimal olunur.
Hesabata əsasən, 2024-cü ildə maye karbohidrogenlərin gündəlik istehsalı 102,6 mln. barel (öncüki proqnoz – 102,59) olub, bu da 2023-cü ilin göstəricisi (102,02 mln. barel) ilə müqayisədə 0,58 mln. barel azdır.
Xatırladaq ki, 2022-ci ildə maye karbohidrogenlərin gündəlik qlobal istehsalı ortalama 99,99 mln. barel olub. 2021-ci ildə bu göstərici 95,7 mln. barel, 2020-ci ildə - 93,84 mln. barel təşkil edib, 2019-cu ildə isə 100,61 mln. barelə bərabər idi.
Oxşar xəbərlər
ABŞ qlobal neft hasilatı üzrə proqnozunu yüksəldib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qlobal neft hasilatının artım tempi gələn il sürətlənəcək - PROQNOZ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qlobal neft hasilatının artım tempi 2024-2025-ci illərdə sürətlənəcək - PROQNOZ [xfgiven_updateblue][/xfgiven_updateblue]
EIA gələn il üçün Azərbaycanda gündəlik neft hasilatı üzrə proqnozunu açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qlobal neft hasilatının artım tempi yavaşlayacaq - PROQNOZ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












