“AzerGold” tərəfindən RİİB könüllüləri üçün ÇİRES-ə tanışlıq səfəri təşkil olunub - FOTO
“AzerGold” QSC tərəfindən “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) könüllüləri üçün Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə (ÇİRES) tanışlıq səfəri təşkil edilib.
"Sizinxeber.az-Economics" xəbər verir ki, səfər zamanı əvvəlcə RİİB könüllülərinə müəssisə daxilindəki təhlükəsizlik qaydaları izah olunub, fərdi mühafizə vasitələri təqdim edilib.
Daha sonra könüllülər “Çovdar” qızıl mədəni, yeni istifadəyə verilən, Çəndə qələviləşdirmə texnologiyası əsasında fəaliyyət göstərən Çəndə Qələviləşdirmə Zavodu, eləcə də Topa qələviləşdirmə texnologiyası əsasında mövcud istehsalat infrastrukturu ilə tanış olublar.
Tanışlıq səfəri zamanı könüllüləri maraqlandıran suallar cavablandırılıb. Qonaqlara ÇİRES-də qiymətli metalların hasilatı, emalı prosesi, tətbiq edilən istehsalat texnologiyaları barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, ÇİRES-də həyata keçirilən hasilat və istehsalat prosesi ilə ictimaiyyət nümayəndələrinin mütəmadi tanışlığı məqsədi ilə infoturların təşkili bundan sonra da davam etdiriləcək.
Oxşar xəbərlər
DMA sədri Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində olub - FOTO
“Təmiz Daşkəsən” layihəsi çərçivəsində növbəti ekoloji aksiya keçirilib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
