"Uniper" şirkəti Azərbaycan qazının alışını artıra bilər
Almaniyanın "Uniper" şirkəti Cənub Qaz Dəhlizi çərçivəsində Azərbaycan qazının alışını iki dəfə artırmaq niyyətindədir.
Bunu "Sizinxeber.az-Economics"ə şirkətin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Rəşad Hüseynli bildirib.
Onun sözlərinə görə, hazırda şirkət ildə 1,5 mlrd. kubmetr Azərbaycan qazı alır və həcmləri iki dəfə artıra bilər.
"Biz həcmləri artırmaq istəyirik və bu sahədə danışıqlar gedir. Lakin danışıqlar səviyyəsində olduğundan, mən bunun detallarını açıqlaya bilmərəm", - Rəşad Hüseynli bildirib.
O, qeyd edib ki, həcmlər əsasən infrastrukturun imkanlarından (artırılmasından -red) asılı olacaq və bu məsələdə SOCAR-a dəstək lazımdır, xüsusilə də, Avropa İttifaqı tərəfindən.
Rəşad Hüseynli onu da əlavə edib ki, hazırda bütün maliyyə qurumları qaz layihələrinə investisiya qoymaqdan çəkinir və yaşıl enerji layihələrinə üstünlük verir.
"Amma bizim niyyətimiz var və alınsa, biz artırmağa hazırıq", - "Uniper" nümayəndəsi qeyd edib.
Qeyd edək ki, 2020-ci ilin dekabrın 31-dən Cənub Qaz Dəhlizinin bir hissəsi olan Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.
Oxşar xəbərlər
Azərbaycanın yaşıl enerji sayəsində qənaət edəcəyi qazın həcmi açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Putin: Rusiya Ukrayna ərazisindən qaz tranzitindən imtina etmir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ekspert: Azərbaycan Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələrlə başqa ölkələrə örnək ola bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Yüksəliş” Müsabiqəsinin qalibinə ADY-də yüksək vəzifə verilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət başçısı: Azərbaycan qazının Avropaya nəqlini iki dəfə artırmaq bizim hədəfimizdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












