Azərbaycanda ilk sənaye miqyaslı batareya sisteminin qurulması üçün işlər aparılır
"Azərenerji" ASC 2 000 meqavata yaxın bərpa olunan enerji güclərinin ölkənin enerji sisteminə inteqrasiya olunması üçün müvafiq işlər aparır.
Bu barədə "APA-Economics"ə açıqlamasında energetika nazirinin müavini Elnur Soltanov deyib.
Onun sözlərinə görə, hazırda ölkə üzrə bərpa olunan enerji sahəsində 2 QVt-a yaxın gücündə 8 layihə həyata keçirilir və bu güclərin respublikanın enerji sisteminə inteqrasiyası üçün sistem operatoru olan "Azərenerji" tərəfindən yeniliklər və modernizasiya işləri aparılır.
""Azərenerji" sistemdə yeniliklər və modernizasiya aparır ki, bu qədər əlavə bərpa olunan enerjinin sistemə inteqrasiya edilməsini təmin edə bilsin", - Elnur Soltanov qeyd edib.
Nazir müavini onu da əlavə edib ki, bərpa olunan enerji güclərini inteqrasiyası çərçivəsində hazırda Dünya Bankı ilə müzakirələr davam etdirilir ki, enerji sistemində yeni yarımstansiyalar, xətlər qurulsun.
Bununla yanaşı Elnur Soltanov bildirib ki, hazırda Azərbaycanda ilk dəfə sənaye miqyaslı batareya sisteminin qurulması üçün şirkətin müəyyən edilməsi işləri aparılır.
Oxşar xəbərlər
Nazir müavini: Azərbaycanın bərpa olunan enerji potensialı üç dəfədən çox artacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın yaşıl enerji sayəsində qənaət edəcəyi qazın həcmi açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vaşinqtonda Azərbaycan-ABŞ enerji münasibətləri müzakirə edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan 2030-cu il üçün 7 Gwt yaşıl enerji istehsal edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çin şirkətləri ilə bərpa olunan enerji sahəsində əməkdaşlıq sənədləri imzalanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












