“Total” şirkəti: Hörmüz boğazı açılsa belə, ticarət əvvəlki modelə qayıda bilməyəcək
sizinxeber.az xəbər saytı

“Total” şirkəti: Hörmüz boğazı açılsa belə, ticarət əvvəlki modelə qayıda bilməyəcək


Fransanın “Total Energies” şirkəti Fars körfəzində yerləşən Yaxın Şərq ölkələrindən neftin Hörmüz boğazından yan keçməklə daşınması üçün infrastrukturun yaradılmasına investisiya yatırmağa hazır olduğunu bildirib.

Bu barədə şirkətin rəhbəri Patrik Puanye “Le Figaro” qəzetinə verdiyi müsahibədə məlumat verib.

Onun sözlərinə görə, dünya hazırda fiziki neft qıtlığı və hasilatın artırılmasının məhdudluğu problemi ilə üzləşib, çünki əsas istehsal gücləri Səudiyyə Ərəbistanı, Küveyt və Birləşmiş Ərəb Əmirliklərində cəmləşib. Dünya liderləri Fars körfəzindəki Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) ölkələrindən kənarda yetərli ehtiyatların mövcud olmamasını qəbul etməlidirlər.

Patrik Puanye həmçinin bildirib ki, Hörmüz boğazının blokadası gələcəkdə aradan qaldırılsa belə, ticarət əvvəlki modelinə qayıda bilməyəcək.

Bu fonda onun fikrincə, neft və neft məhsulları istehsal edən ölkələr regionda logistik zəncirlərin gücləndirilməsi məsələsini ciddi şəkildə nəzərdən keçirməlidirlər.

Oxşar xəbərlər

“Total Energies”: Hörmüz boğazı açılsa belə, ticarət əvvəlki modelə qayıda bilməyəcək
"OPEC+" ölkələri artıq neft hasilatınının kompensasiyası planlarını yeniləyiblər
OPEC neft sektorunda istənilən növ sanksiyalara qarşıdır
BƏƏ-nin OPEC və OPEC+dən çıxması bu təşkilatlara ciddi zərbə vura bilər
ABŞ administrasiyası neftin ucuzlaşacağını gözləyir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər