“Total Energies”: Hörmüz boğazı açılsa belə, ticarət əvvəlki modelə qayıda bilməyəcək
Fransanın enerji şirkəti “TotalEnergies” Fars körfəzində yerləşən Yaxın Şərq ölkələrindən neftin Hörmüz boğazından yan keçməklə daşınması üçün infrastrukturun yaradılmasına investisiya yatırmağa hazır olduğunu bildirib.
Bu barədə şirkətin rəhbəri Patrik Puanye “Le Figaro” qəzetinə verdiyi müsahibədə məlumat verib.
Onun sözlərinə görə, dünya hazırda fiziki neft qıtlığı və hasilatın artırılmasının məhdudluğu problemi ilə üzləşib, çünki əsas istehsal gücləri Səudiyyə Ərəbistanı, Küveyt və Birləşmiş Ərəb Əmirliklərində cəmləşib. Dünya liderləri Fars körfəzindəki Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) ölkələrindən kənarda yetərli ehtiyatların mövcud olmamasını qəbul etməlidirlər.
Patrik Puanye həmçinin bildirib ki, Hörmüz boğazının blokadası gələcəkdə aradan qaldırılsa belə, ticarət əvvəlki modelinə qayıda bilməyəcək.
Bu fonda onun fikrincə, neft və neft məhsulları istehsal edən ölkələr regionda logistik zəncirlərin gücləndirilməsi məsələsini ciddi şəkildə nəzərdən keçirməlidirlər.
Oxşar xəbərlər
OPEC neft sektorunda istənilən növ sanksiyalara qarşıdır
"OPEC+" ölkələri artıq neft hasilatınının kompensasiyası planlarını yeniləyiblər
BƏƏ-nin OPEC və OPEC+dən çıxması bu təşkilatlara ciddi zərbə vura bilər
The Namibian: BƏƏ-nin OPEC və OPEC+dən çıxması bu təşkilatlara ciddi zərbə vura bilər
Beynəlxalq Enerji Agentliyi “OPEC+” üzrə hasilat göstəricilərini qiymətləndirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kılıçdaroğlu CHP-də qurultay keçiriləcəyini bildirib
-
"Brent" markalı neft 3 %-dən çox bahalaşıb
-
Bu iki ölkə Rusiyaya qarşı tarixi pakt imzalayacaq
-
Tbilisinin Sülh körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
-
SEPAH: Son gündə Hörmüz boğazından 23 gəmi keçib
-
İsrail ordusu həftənin əvvəlindən bəri Livanda 550 hədəfi vurduğunu açıqlayıb
