"OPEC+" ölkələri artıq neft hasilatınının kompensasiyası planlarını yeniləyiblər
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) OPEC könüllü azalmalarda iştirak edən yeddi “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının könüllü azaltması üzrə təşəbbüs) ölkəsindən artıq neft hasilatının kompensasiyasının yenilənmiş planlarını alıb.
“Sizinxeber.az-Economics”in OPEC-ə isitnadən verdiyi məlumata görə, sözügedən ölkələr Rusiya, Səudiyyə Ərəbistanı, İraq, BƏƏ, Küveyt, Qazaxıstan və Omandır.
Ümumilikdə, qeyd olunan ölkələr 2025-ci ilin aprelindən 2026-cı ilin iyununa qədər tədricən gündəlik 4,572 milyon barel həcmində artıq neft hasilatını kompensasiya etməli olacaqlar. Əvvəlki qrafiklə müqayisədə kompensasiyanın ümumi həcmi 568 min barel artıb.
Qeyd edək ki, Azərbaycan da “OPEC+” razılaşmasının iştirakçısıdır.
Oxşar xəbərlər
“OPEC+” ölkələrində gələn il neft hasilatının artım tempi yavaşlayacaq - PROQNOZ
“OPEC+"a daxil olmayan ölkələrdə neft hasilatı üzrə proqnoz artırılıb
“OPEC+"a daxil olmayan ölkələrdə neft hasilatı üzrə proqnoz açıqlanıb
“OPEC+”a daxil olmayan ölkələrdə neft hasilatı üzrə proqnoz açıqlanıb
OPEC Azərbaycanda gündəlik neft hasilatı üzrə göstəriciləri açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
