BTC ilə neftin nəqli 10%-ə yaxın azalıb
Bu ilin yanvar-mart aylarında Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə vasitəsilə 6 206 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 9,81% azdır.
Dövlət Statistika Komitəsindən “Sizinxeber.az-Economics”ə verilən məlumata görə, hesabat dövründə Azərbaycanda maqistral neft kəmərləri üzrə nəqletmənin 76,9%-i BTC-nin payına düşüb.
Hesabat dövrü ərzində BTC kəməri ilə nəql edilmiş neftin 82,3%-ni və ya 5 109,6 min tonunu Azərbaycanda hasil edilən neft (10,8% azalma), 17,7%-nii və ya 1 096,4 min tonunu (4,9% azalma) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.
Qeyd edək ki, ötən il Azərbaycanda neft kəmərləri ilə 36 306,2 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 6,3% azdır. Nəqletmənin 74,9%-i BTC ilə həyata keçirilib və hesabat dövründə bu kəmər vasitəsilə 27 179,2 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 7,8% azdır.
Hesabat dövrü ərzində BTC kəməri ilə nəql edilmiş neftin 84,8%-i və ya 23 056,9 min tonunu Azərbaycanda hasil edilən neft (4,6% azalma), 15,2%-i və ya 4 122,3 min tonunu (22,2% azalma) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.
Oxşar xəbərlər
BTC ilə neftin nəqli azalıb
BTC ilə neftin nəqli 4%-dək azalıb
BTC ilə neftin nəqli 6%-ə yaxın azalıb
BTC ilə bu il nəql olunan neftin həcmi açıqlanıb
BTC ilə tranzit neftinin nəqli azalıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
