Azərbaycanda bu il karbamid istehsalının artırılması planlaşdırılıb
SOCAR-ın Karbamid zavodunda bu il 660 min karbamidin istehsal olunması planlaşdırılıb.
"Sizinxeber.az-Economics" xəbər verir ki, bu barədə Milli Mətbuatın yaranmasının 150 illiyi münasibətilə təşkil olunmuş media-tur çərçivəsində zavodun istehsalat şöbəsinin rəisi Şöhrət Mirzəyev bildirib.
Onun sözlərinə görə, ötən il zavod 652 min karbamid istehsal edib və cari ildə qeyd olunan göstəricini üstələmək planlaşdırılır.
Xatırladaq ki, Azərbaycanın karbamidə olan tələbatı SOCAR-ın Karbamid zavodu tərəfindən təmin edilir. Təməli 2011-ci ildə qoyulan Karbamid zavodunun açılış mərasimi 16 yanvar 2019-cu il tarixində baş tutub.
Zavod istismara verildiyi dövrdə ölkədə qeyri-neft sektorunda həyata keçirilmiş ən böyük layihə olub. Layihənin maliyyələşdirilməsi ilkin dövrdə dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti hesabına həyata keçirilib. Daha sonra Cənubi Koreyanın İxrac-idxal Bankından (KEXIM), habelə “Societe Generale” (Fransa), “Deutsche Bank” (Almaniya) və “UniCredit” (Avstriya) banklarından dövlət zəmanəti əsasında 500 milyon avro məbləğində vəsait cəlb edilib. Həmçinin, layihə ilə bağlı vergi və rüsumların, habelə digər xərclərin ödənilməsi məqsədilə SOCAR tərəfindən, təxminən, 100 milyon avro məbləğində vəsait ayrılıb.
Karbamid zavodu il ərzində 435 milyon m³ təbii qaz həcmindən xammal kimi istifadə etməklə 650-660 min ton karbamid məhsulu istehsal etmək gücünə malikdir. Zavod istismara verilənədək azot gübrələri Azərbaycana idxal edildiyi halda, hazırda bu müəssisə həm daxili bazarın tələbatını tam ödəyə bilir, həm də istehsal etdiyi məhsulun 70%-dən çox hissəsini ixrac edir. Nəticədə daha əvvəl idxal üçün sərf edilən milyonlarla valyuta vəsaiti ölkədə qalır, eyni zamanda ölkənin qeyri-neft ixrac gəlirlərini artırır.
Oxşar xəbərlər
Azərbaycanda karbamid istehsalı 3 %-dən çox artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan karbamid istehsalın 18 % artırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
SOCAR: Karbamid Zavodunda istixana qazlarının emissiyası azaldılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan karbamid ixracından gəlirini 92 %-dən çox artırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan karbamid ixracından gəlirini 78 %-dən çox artırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












