Bu il Azərbaycan şəkər ixracından gəlirlərini artırıb
2024-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycan 19 milyon 709 min dollar dəyərində 25 min 820 ton şəkər ixrac edib.
“Sizinxeber.az-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədən ixrac edilən şəkərin dəyəri 29.3% və ya 4 mln. 65,7 min dollar, həcmi isə 24% və ya 5 min ton artıb. 2023-ci ilin ilk 7 ayında Azərbaycandan 15 mln. 237 min dollar dəyərində 20 min 736 ton şəkər ixrac edilib.
Qeyd edək ki, hesabat dövründə şəkərin bir tonunun orta ixrac qiyməti əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4% artaraq 763 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, cari ilin yanvar-iyul aylarında şəkərin ümumi ixracda xüsusi çəkisi 0.12%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 1.05%-ə bərabər olub.
Oxşar xəbərlər
Azərbaycan meyvə-tərəvəz ixracından 380 mln. dollardan çox gəlir əldə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan bu il 230 mln. dollarlıq neft məhsulları ixrac edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 2.5 mlrd. dolları ötüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi bu il 2.5 mlrd. dolları ötüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycandan bu il ixrac olunan alüminiumun həcmi açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












