Sürücü “Yango” lotereyasında avtomobilə sahib olub!
sizinxeber.az xəbər saytı

Sürücü “Yango” lotereyasında avtomobilə sahib olub!


“Yango” əsas mükafatı BYD QIN Plus avtomobili olan lotereyanın qalibini elan edib. Bu mükafatın sahibi Yangonun tərəfdaş sürücüsü Rasim Zeynalov olub.

Lotereya kampaniyası 2024-cü il iyulun 15-dən sentyabrın 22-dək rəsmi təşkilatçı qismində çıxış edən marketinq agentliyi ilə birlikdə baş tutub.

Lotoreya çərçivəsində “Yango tərəfdaş sürücüləri tamamlanmış hər 30 sifariş üçün 1 kupon əldə edirdilər. Hər kupon yanacaq kartları, smartfonlar və yeni avtomobil qazanmaq şansını artırırdı. Lotoreyanın finalı sentyabrın 22-də keçirilib.

2023-cü ilin mart ayından “Yango”da tərəfdaş sürücü kimi işləyən Rasim Zeynalov bu kampaniyada iştirak etdiyi üçün sevincli olduğunu bildirib: “Maşını qazandığımı biləndə buna inana bilmədim. Bu, böyük uğurdur və bu fürsət üçün Yangoya təşəkkür edirəm”!

Onu da bildirək ki, R.Zeynalov bir il yarım ərzində 4.91 bal toplyaraq özünü məsuliyyətli və aktiv sürücü kimi təsdiq edib.

Lotereyada yalnız yüksək xidmət standartlarına cavab verən ən azı 4,7 reytinqə malik sürücülər iştirak edə bilərdi. Qaliblər buraxılmış kuponlar əsasında təsadüfi seçilmiş nömrələr vasitəsilə müəyyən edilib.

Həftəlik tirajların nəticələri Yango Pro tətbiqində və şirkətin sosial şəbəkə səhifələrində elan edilib.

Lotereya təşkilatçıları uduşları təqdim etmək üçün tiraj tarixindən sonra 90 gün ərzində qaliblərlə əlaqə saxlayacaq. Daha ətraflı məlumat üçün qaliblər proqramdakı dəstək çatı ilə əlaqə saxlaya bilərlər.

Oxşar xəbərlər

İsrail XİN: Quterreş müharibə cinayətlərinə ortaqdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yango Azerbaijan Bakıda sürətli çatdırılma üzrə Market xidmətini istifadəyə verib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yango Azerbaijan Bakıda sürətli çatdırılma üzrə Market xidmətini istifadəyə verib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
QHT-lərə Dövlət Dəstəyi Agentliyi yaxın günlərdə 2025-ci ilin qrant müsabiqələrini elan edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
XI Qlobal Bakı Forumu başa çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər