ICESCO-nun Baş Direktoru Azərbaycana baş sağlığı verib
sizinxeber.az xəbər saytı

ICESCO-nun Baş Direktoru Azərbaycana baş sağlığı verib


İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı Prezident İlham Əliyevə və Azərbaycan xalqına başsağlığı verib.

Sizinxeber.az xəbər verir ki, bu barədə təşkilatın rəsmi saytında məlumat paylaşılıb.

"İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO), 25 dekabr 2024-cü il, çərşənbə günü Qazaxıstanın qərbində baş verən Azərbaycan Hava Yollarına məxsus təyyarə qəzasında həlak olanların xatirəsinə Azərbaycan Respublikasının rəhbərliyinə, hökumətinə və xalqına dərin hüznlə başsağlığı bildirir. ICESCO, həmçinin, bu faciəli hadisədə xəsarət alanlara tezliklə şəfa diləyir," - bəyanatda bildirilir.

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, eləcə də Azərbaycanın hökumətinə və xalqına səmimi başsağlığı ifadə edib.

Sahilə Cabbar

Oxşar xəbərlər

ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevə başsağlığı verib
ICESCO-nun Baş direktoru Azərbaycana gəlib
Prezident İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşüb
Prezident İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşüb - FOTO
Prezident İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşüb - FOTO - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər