Azərbaycanın ötən il aviadaşımalardan əldə etdiyi gəlirlər 5 milyard manata yaxın olub
sizinxeber.az xəbər saytı

Azərbaycanın ötən il aviadaşımalardan əldə etdiyi gəlirlər 5 milyard manata yaxın olub


2024-cü ildə Azərbaycanın hava nəqliyyatı ilə yük və sərnişin daşımalarından əldə etdiyi gəlirləri 4 milyard 756,4 milyon manat təşkil edib.

Bu barədə “Sizinxeber.az”a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, bu da 2023-cü illə müqayisədə 31,2 % çoxdur.

Eyni zamanda, yük daşımalarından əldə edilən gəlir 2 milyard 657,35 milyon manat (+23,5 %) təşkil edib. Bunun da 2 milyard 655,893 milyon manatı beynəlxalq reyslərin payına düşüb. Daxili daşımalardan əldə olunan gəlir isə 1,3 % azalaraq 1,457 milyon manat olub.

Sərnişin aviadaşımaları 2 milyard 99 milyon manat gəlir gətirib ki, bu da əvvəlki illə müqayisədə 42,4 % çoxdur. Bu məbləğin 2 milyard 39,555 milyon manatını beynəlxalq reyslər, 59,445 milyon manatını isə daxili reyslər təmin edib.

Ötən ildə hava nəqliyyatı ilə 418,8 min ton yük (+17,2 %) və 4,04 milyon sərnişin (+38,9 %) daşınıb.

Oxşar xəbərlər

ARDNF gələn il neft-qaz layihələrinin həyata keçirilməsindən dividend alacaq
Azərbaycanın magistral qaz kəmərlərinin fəaliyyətindən əldə etdiyi gəlir açıqlanıb
Azərbaycanın dövlət büdcəsində 3,5 milyard manata yaxın profisit yaranıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər