Dövlət Neft Fondu Dubayda yerləşən özəl səhm fondundan pay alıb - EKSKLÜZİV
sizinxeber.az xəbər saytı

Dövlət Neft Fondu Dubayda yerləşən özəl səhm fondundan pay alıb - EKSKLÜZİV


Azərbaycan Dövlət Neft Fondu (ARDNF) mərkəzi ofisi Dubayda yerləşən özəl səhm fondundan pay alıb.

Bu barədə "Sizinxeber.az-Economics"in sorğusuna cavab olaraq ARDNF-dən bildirilib. Məlumata görə, 2025-ci ilin ilk rübündə Fond “Azzurra Capital” şirkətinin idarə etdiyi “Azzurra Capital Fund I” özəl səhm fondunda 20 milyon avro həcmində iştirak payına sahib olub.

Qeyd edək ki, sözügedən özəl səhm fondu 2023-cü ildə yaradılıb və Birləşmiş Ərəb Əmirliklərində yerləşir. Fondun portfelinin həcmi 652 milyon ABŞ dollarıdır və əsasən İtaliya olmaqla Avropada bir sıra aparıcı şirkətlərə investisiyaları nəzərdə tutur.

Xatırladaq ki, ARDNF səhm investisiyalarını şaxələndirməkdə davam edir. Fond bundan əvvəl, bu ilin fevral ayında İtaliyanın aparıcı yüksək sürətli dəmir yolu operatoru "İtalo"ya 34,5 milyon avro yatırım etdiyini açıqlamışdı.

Oxşar xəbərlər

Dövlət Neft Fondunun səhmlərdən əldə etdiyi gəlirlər 6,4 mlrd. dollara çatıb - EKSKLÜZİV
Dövlət Neft Fondunun səhm portfeli üzrə əldə etdiyi gəlirlərin həcmi məlum olub
Dövlət Neft Fondu bu il 25 tondan çox qızıl alıb
Dövlət Neft Fondu İtaliyanın dəmir yolu şirkətindən pay alıb
ARDNF-nin ən çox yatırım etdiyi İT nəhəngləri: “Apple" və “NVIDIA”ya yatırımlar 1,2 mlrd. dollara çatıb - EKSKLÜZİV

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər