Dövlət Neft Fondu İtaliyanın dəmir yolu şirkətindən pay alıb
sizinxeber.az xəbər saytı

Dövlət Neft Fondu İtaliyanın dəmir yolu şirkətindən pay alıb


Azərbaycan Dövlət Neft Fondu (ARDNF) ABŞ-ın “BlackRock” şirkətinin tərkibinə daxil olan “Global Infrastructure Partners (GIP)” tərəfindən idarə olunan investisiya fonduna qoşularaq İtaliyanın aparıcı yüksək sürətli dəmir yolu operatoru “Italo – Nuovo Trasporto Viaggiatori S.p.A (Italo)”ya 34,5 milyon ABŞ dolları məbləğində sərmayə yatırıb.

Bu barədə "APA-Economics"ə Fonddan bildirilib. Qeyd edilib ki, 2012-ci ildə yaradılmış “Italo”, İtaliyada ilk özəl yüksək sürətli sərnişin dəmir yolu operatoru kimi sektorda qabaqcıl şirkətlərdən biridir. Şirkət saatda 360 km-ə qədər sürət yığa bilən “25 AGV 575” və “26 Italo EVO” qatarlarından ibarət parkı ilə Milan-Roma dəhlizi də daxil olmaqla, İtaliyanın 54 şəhərini əhatə edən marşrutlarda fəaliyyət göstərir.

2024-cü ildə qlobal konteyner daşımaları sahəsində fəaliyyət göstərən “MSC” şirkəti “Italo”nun təxminən 50%-lik səhmlərini “GIP”-dən əldə edib. Qalan 50%-lik pay isə “GIP”, müştərək investorlar və “GIP” tərəfindən idarə olunan ARDNF-nin də daxil olduğu fondlara məxsusdur.

"Yüksək əməliyyat göstəriciləri ilə səciyyələnən “Italo” dayanıqlı mobillik həllərinə artan tələbat fonunda böyük artım potensialına malikdir. Bu investisiya, uzunmüddətli investor olaraq dayanıqlı infrastruktur aktivlərinə sərmayələr həyata keçirməklə ARDNF-nin investisiya portfelinin şaxələndirilməsi baxımından strateji əhəmiyyətə malikdir" - Fonddan əlavə edilib.

Oxşar xəbərlər

Dövlət Neft Fondu İtaliyadakı investisiya portfelinin həcmini açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Fitch Ratings” Azərbaycanın kredit reytinqini “BBB-” səviyyəsinə yüksəldib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət Neft Fondu bu il 25 tondan çox qızıl alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda dəmir yolu ilə sərnişin daşımaları 18%-dən çox artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Bakcell” “Ən Uğurlu Rebrendinq” mükafatına layiq görülüb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər