Dövlət Neft Fondunun səhmlərdən əldə etdiyi gəlirlər 6,4 mlrd. dollara çatıb - EKSKLÜZİV
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) yaranma tarixindən bu ilin sentyabrın 30-na kimi səhm portfeli üzrə 6.4 milyard ABŞ dolları gəlir əldə edib.
Bu barədə "Sizinxeber.az-Economics"in sorğusuna cavab olaraq ARDNF-dən bildirilib. Qeyd edilib ki, Fond indiyə kimi səhm portfeli üzrə izlədiyi əsas indeks olan “MSCI World” indeksi üzrə 7,1 mlrd. dollar həcmində yatırım edib. Bu portfel üzrə gəlirlilik 253% təşkil edib. Ümumilikdə, Fondun səhm portfelinin cari dəyəri 13,5 mlrd. dollara yüksəlib.
Qeyd edək ki, Fondun ARDNF-nin səhm portfelinə "MSCI World” indeksi üzrə 23 inkişaf etmiş ölkənin 11 sektoru üzrə 1410 şirkətin səhmləri daxildir. Bu şirkət səhmlərinin toplam bazar kapitalizasiyası 77 trilyon ABŞ dollarına yaxındır.
Oxşar xəbərlər
Neft Fondunun aktivləri 62 mlrd. dollara yaxınlaşıb
Dövlət Neft Fondu bu il 25 tondan çox qızıl alıb
Bu il Neft Fondunun gəlirləri 15 mlrd. manatı ötüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İtkin şəhidimiz “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
