Dövlət Neft Fondu bu il 25 tondan çox qızıl alıb
Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) qızıla yatırılan investisiyanın həcmini artırıb.
“APA-Economics” ARDNF-ə istinadən xəbər verir ki, 2024-cü ilin III rübündə Fondun investisiya portfelinin 10 milyard 844,9 milyon dollarlıq hissəsini (17,7%) qızıl investisiyaları təşkil edib. Üç ay ərzində ARDNF qızıla olan investisiyalarını 2 milyard 270,3 milyon ABŞ dolları və ya 26,5% artırıb. Belə ki, cari ilin II rübündə Fonddun investisiya portfelinin 8 milyard 574,6 milyon ABŞ dollarlıq hissəsini (14.8%) qızıl investisiyaları təşkil edib.
Qeyd edək ki, ARDNF bu ilin III rübündə 12,1 ton qızıl alıb. Belə ki, 1 iyul 2024-cü il tarixinə Fondun qızıl ehtiyatı 114,9 ton təşkil etdiyi halda oktyabrın 1-nə bu rəqəm 127 tona qədər yüksəlib. Başqa sözlə, ARDNF ilin əvvvəlindən III rübün sonuna kimi 25,2 ton qızıl alıb.
Oxşar xəbərlər
ARDNF valyuta satışını 2 dəfədən çox artırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət Neft Fondu İtaliyadakı investisiya portfelinin həcmini açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Neft qiymətlərinin ARDNF-nun gəlirlərinə təsiri açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
ARDNF "Şahdəniz"dən əldə etdiyi gəlirlərin həcmini açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
ARDNF bu il "Şahdəniz"dən əldə etdiyi gəlirlərin həcmini açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












