Çində güclü zəlzələ: Minlərlə insan təxliyə edilib, binalara ziyan dəyib
sizinxeber.az xəbər saytı

Çində güclü zəlzələ: Minlərlə insan təxliyə edilib, binalara ziyan dəyib


Çinin Quansi-Çjuan muxtar rayonunda 5,2 bal gücündə zəlzələ qeydə alınıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Çin Seysmoloji Mərkəzi məlumat yayıb.

Seysmik aktivliyin episentri Liuçjou şəhərinin Liunan rayonunda, ocağı isə 8 km dərinlikdə yerləşib.

Zəlzələ son beş ildə ərazidə baş verən ən güclü zəlzələ olub. Luçjounun əhalisi 4 milyondan çoxdur.

"Nanfang ribao" qəzeti bildirib ki, təbiət hadisəsindən sonra 7000-dən çox insan təxliyə edilib, üç nəfər itkin düşüb.

Qeyd olunub ki, yeraltı təkanlar nəticəsində ən azı 13 yaşayış binasına ciddi ziyan dəyib, dörd nəfər xəstəxanaya yerləşdirilib. Təcili yardım xidmətləri axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.

Oxşar xəbərlər

Çində güclü zəlzələ nəticəsində 86 nəfər ölüb, 100-dək insan yaralanıb - YENİLƏNİB
Çində güclü zəlzələ baş verib
Çinin Tibet Muxtar Rayonunda 4,9 maqnitudalı zəlzələ baş verib
Myanmada yenidən zəlzələ olub
Tibetdə baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 53-ə çatıb - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər