AMB aqrar sektorun kreditləşməsini təşviq edəcək
Azərbaycan Mərkəzi Bankı (AMB) aqrar sektorun kreditləşməsini təşviq etmək üçün dəstəkverici tədbirlər görməyi nəzərdə tutur.
"Sizinxeber.az" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Toğrul Əliyev Bakıda keçirilən IV Aqrobiznesin İnkişafı Forumunda bildirib.
"AMB öz çərçivəsinə ilk dəfə kənd təsərrüfatı kreditləri gətirib. Bu zaman kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan şəxslərin kreditləşməsi, məhz Kənd Təsərrüfatı Nazirliyinin Elekron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçmiş şəxslərə kredit verilməsi önəm kəsb edir. Bu seqmentin kreditlərə əlçatanlığının artırılması, bankları bu sahənin kreditləşməsinə təşviq etmək üçün öz çərçivəmizdə həm ehtiyatlar baxımından, həm də kapitallaşma baxımından müəyyən dəstəkverici təşviqlər nəzərdə tutmuşuq. Təbii ki, bu, özündə riskləri idarəetmə baxımından bankların kredit siyasətində, strategiyasında və qaydalarında müvafiq potensialın artırılmasını nəzərdə tutmalıdır", - deyə o qeyd edib.
Oxşar xəbərlər
Azərbaycan və Belarus son 5 ildə aqrar məhsulların ticarətini 70 %-dən çox artırıb
Aqrar Kredit və İnkişaf Agentliyi 2 ayda 6 milyon manata yaxın kredit verib
Komitə sədri: Hazırda ölkə üzrə məşğulluğun 40 faizi aqrar sektorun payına düşür
AMB: Taxıl istehsalçılarına verilən kreditlərin faizləri subsidiyalaşdırıla bilər
AMB: Bankların aqrar sektora verdiyi kreditlər 1,8 milyard manatı üstələyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












