Komitə sədri: Hazırda ölkə üzrə məşğulluğun 40 faizi aqrar sektorun payına düşür
Azərbaycanda 1990-cı illərdə həyata keçirilən aqrar islahatlar bu gün həmin sahədə əldə edilən nailiyyətlərin əsası idi.
“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov deyib.
O qeyd edib ki, sonrakı dövrdə də kənd təsərrüfatı və aqrar sahənin inkişafı ilə bağlı xüsusi təşəbbüslər irəli sürüldü:
“Bu sahədəki prosesi 2007-ci ilə qədər və bundan sonrakı dövr olmaqla iki hissəyə bölə bilərik. 2007-ci ildən sonra ilk dəfə olaraq ölkədə taxıl istehlakçıları subsidiyalaşdırıldı. Hazırda Azərbaycanda məşğul əhalinin təxminən 40 faizi kənd təsərrüfatının, aqrar sektorun payına düşür.
O baxımdan, kənd təsərrüfatı bizim üçün vacib sahədir, ərzaq təhlükəsizliyini bu sahə təmin edir. Qeyd olunan dövrdə Azərbaycan heç vaxt ərzaq təhlükəsizliyi riski ilə üzləşməyib”.
Oxşar xəbərlər
“Aqrar Tədarük və Təchizat”ın rəhbərliyi dəyişib
Azərbaycanda aqrar sektor 2 %-dən çox böyüyüb
Mcnun Məmmədov: “Harmoniya İqlim Təşəbbüsü aqrar sektorun dayanıqlığını artıracaq”
Azərbaycan və Belarus son 5 ildə aqrar məhsulların ticarətini 70 %-dən çox artırıb
FAO: Hər il aqrar sistemlərə 1,1 trilyon dollar investisiya yatırılmalıdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












