AMB sədrinin I müavini ABŞ-nin maliyyə sektorunun nümayəndələri ilə görüşüb
Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin I müavini Əliyar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyətinin ABŞ-yə səfəri çərçivəsində bu ölkənin "J.P. Morgan Chase" Bankının İdarə Heyətinin sədrinin müavini Daniel Zelikov, eləcə də "Citi Group” şirkətinin Avropa, Yaxın Şərq və Şimali Afrika regionu üzrə ictimai sektorunun rəhbəri və idarəedici direktoru Georgiy Yordanovla görüş keçirib.
"Report" bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, görüşlərdə Azərbaycanda makroiqtisadi və maliyyə sabitliyi üzrə cari vəziyyət, qurumlar arasında tərəfdaşlıq imkanları, həmçinin hər iki ölkənin maliyyə institutları arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.
Yaz Toplantıları çərçivəsində Azərbaycan nümayəndə heyətinin sonuncu görüşü “Clearstream” şirkətinin Qlobal bazarlar üzrə məhsul idarəetməsinin rəhbəri Jan Vilyems və Təminat, kredit və likvidlik həlləri üzrə vitse-prezidenti Kristian Rosler ilə baş tutub. Görüşdə təşkilatlar arasında potensial ikitərəfli əlaqələr və gündəlikdə olan mühüm təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
AMB “Citi Group”la ölkənin inkişaf trendlərini müzakirə edib
AMB və IMF IV Maddə üzrə məsləhətləşmələr çərçivəsində görülən işləri müzakirə edib
Azərbaycan Dünya Bankı və IMF-in Yaz Toplantıları çərçivəsində Seçki Qrupunun iclasında iştirak edib
ARDNF Çində bır sıra görüşlər keçirib
Azərbaycan və Macarıstan maliyyə sektorunda əməkdaşlığı müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Ronaldo gümüş almaqdan imtina etdi
-
Rövşən Nəcəf: "Sabah" klubunu ürəkdən təbrik edirəm
-
Azərbaycanın gülçə atıcısı Avropa çempionatında bürünc medal qazanıb
